Azərbaycan idmançısı İtaliyada dünya çempionu olub
30 oktyabr 2023 1001
Azərbaycan idmançısı Emil Nağıyev İtaliyanın Karrada şəhərində kunq-funun WTKA versiyası üzrə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
80 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi Polşa və Ukraynadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib. O, həlledici döyüşdə italiyalı idmançı ilə üz-üzə gəlib. Rəqibini məğlub edən E. Nağıyev dünya çempionu olub.
Qeyd edək ki, Emil Nağıyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantı, polis sıravisidir.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı