Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
25 noyabr 2024 898
Azərbaycan idmançıları Belçikanın Antverpen şəhərində keçirilən fullkontakt kyokuşin karate üzrə ll Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar.
Bütün görüşlərini qələbə ilə başa vuran Əliqismət Həsənov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Həlledici görüşdə məğlub olan Anar Bağırov isə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, hər iki karateçi göstərdikləri uğurlu çıxışla dünya çempionatına vəsiqəni təmin ediblər.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı