Azərbaycan karateçiləri Bakıda Qran-Pri turnirində birinci yeri tutdu
07 aprel 2025 805
Azərbaycanın karateçiləri Bakıda keçirilən Qran-Pri turnirində böyük uğur əldə edərək medal sıralamasında birinci yeri tutublar. Azərbaycan Karate Federasiyasının məlumatına görə, təmsilçilərimiz yarışda 177 medal qazanıb. Bu medallardan 42-si qızıl, 49-u gümüş və 86-sı bürüncdür.
Yarışda Azərbaycan karateçiləri həm fərdi, həm də komanda şəklində uğurlu çıxış ediblər. .
Qazaxıstan 11 qızıl, 4 gümüş və 8 bürünc medal ilə ikinci yeri, Türkiyə isə 8 qızıl, 8 gümüş və 7 bürünc medal ilə üçüncü yeri tutub.
Qeyd edək ki, yarış Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “Azərbaycan Karate Təşkilatı”nın təşkilatçılığı ilə baş tutub. Tədbirdə 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi iştirak edib. Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında keçirilib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı