Azərbaycan karateçiləri Türkiyədə beynəlxalq turnirdə 4 medal qazanıblar
16 dekabr 2024 985
Azərbaycan karateçiləri Türkiyənin İstanbul şəhərində keçirilən "Bosphorus Cup" beynəlxalq turnirində 4 medal qazanıblar.
Azərbaycan Karate Federasiyasının (AKF) Bakı, Naxçıvan və Gəncə üzrə nümayəndəlik və klublarından ümumilikdə ölkəmizi yarışda 23 karateçi təmsil edib.
Yarışın nəticələrinə əsasən Zəhra Məmmədzadə kata növündə (8-9 yaş) qızıl medal qazanıb. Kumite növlərində Aqdəş Cəfərli (10-11 yaş) və Əliəşrəf Qafarov (14-15 yaş) gümüş, Sona Nəcəfbəyli isə (8-9 yaş) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, karateçilərimiz beynəlxalq turnirdə AKF-nin parakarate komitəsinin sədri və baş məşqçisi Rənad Əliyevin rəhbərliyi altında iştirak ediblər. Hər il ənənəvi olaraq keçirilən yarışda 28 ölkədən 4300 idmançı qüvvəsini sınayıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı