Azərbaycan komandası Paris-2024-də daha bir medalı təmin etdi
01 avqust 2024 1075
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışları davam edir. Azərbaycan boksçusu Alfonso Dominqes (92 kq) bu gün 1/4 final çərçivəsində Aybek Oralbayla (Qazaxıstan) qarşılaşıb. Tokio-2020-nin bürünc medalçısı rəqibinə 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
Ardıcıl ikinci qələbəsini qazanan Alfonso yarımfinala vəsiqə ilə özü üçün ən azı bürünc medalı təmin edib. O, finala vəsiqə uğrunda Enmanuel Reyes Pla (İspaniya) ilə üz-üzə gələcək. Bu döyüş avqustun 4-də olacaq.
Qeyd edək ki, 1/4 finala yüksələn digər boksçumuz Murad Allahverdiyev (80 kq) sabah rinqə çıxacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı








