Azərbaycan komandasının üçüncü Avropa Oyunlarındakı bayraqdarları müəyyənləşib
21 iyun 2023 644
Polşada keçirilən üçüncü Avropa Oyunlarında Azərbaycanın idman nümayəndə heyətinin bayraqdarları məlum olub.
Bu gün təşkil olunacaq açılış mərasimində ölkənin adı yazılan lövhəni və bayrağı Yaylagül Ramazanova (oxatma) ilə Barat Quliyev (qılıncoynatma) daşıyacaq.
Y.Ramazanova idman ustası, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və 70 metr məsafədə oxatma üzrə ölkə rekordçusudur. Barat Quliyev isə İslam Həmrəyliyi Oyunlarının gümüş, komanda üzrə qızıl mükafatçısıdır.
Qeyd edək ki, üçüncü Avropa Oyunlarının açılış mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı