Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyası üzvlərinin mətbuat konfransı keçirilib.
07 oktyabr 2021 814

Komissiyanın sədri, cüdoçu Rüstəm Orucov Atletlər Komissiyasının vəzifələri və planları haqda media nümayəndələrini məlumatlandırıb. O bildirib ki, idmançılar ilə Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında əlaqələndirici rol oynayan komissiya Olimpiya hərəkatı ilə bağlı qəbul olunan qərarlarda idmançıların fikirlərinin nəzərə alınması baxımından əhəmiyyətlidir.
Komissiya üzvü Fəridə Əzizova qeyd edib ki, təmsil etdiyi komissiya Avropa Olimpiya Komitəsi (AOK), eləcə də digər ölkələrin Milli Olimpiya komitələrinin Atletlər komissiyaları, ölkəmizin milli idman federasiyaları və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə qarşılıqlı əlaqə əsasında müxtəlif layihələr reallaşdırmaqla idmançıların həyatlarında vacib rol oynaya bilər.
Nazim Babayev isə Atletlər Komissiyasının idman və qeyri-idman karyeralarında idmançıların inkişafına imkan yaradan, karyeralarını yüksək nailiyyətlərlə başa vurmuş olimpiyaçılara dəstək məqsədilə ictimai layihələr reallaşdıran əhəmiyyətli komissiya ola biləcəyini vurğulayıb.
Daha sonra Fəridə Əzizova (taekvondo) və Nazim Babayev (atletika) Avropa Atletlərin 6-cı Assambleyası haqda jurnalistlərin suallarını cavablandırıb. Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Assambleyada iclasda Avropa Atletlər Komissiyasının sədri və sədr müavini seçkiləri baş tutub. Azərbaycan atletləri Avropa Atletlərin 6-cı Assambleyası zamanı maraqlı fikir mübadiləsi apardıqlarını da vurğulayıblar.
Bənzər xəbərlər

Naxçıvanda 300-dək gimnastın iştirakı ilə keçirilən beynəlxalq turnirə start verildi
Bu gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ... Ətraflı

Dünya çempionatı: klassiklərimiz mübarizəyə başlayırlar
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterlidünya çempionatı davam ... Ətraflı