Xəbərlər

Azərbaycan millisinin məşqçisi: Gimnastlarımız MDB Oyunlarına yüksək motivasiya ilə hazırlaşırlar

10 sentyabr 2025 - 18:12 22

Gimnastlarımız MDB Oyunlarına yüksək motivasiya ilə hazırlaşırlar. Ümid edirik ki, bu yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyik.

 

Bu sözləri bədii gimnastika üzrə Azərbaycan milli komandasının məşqçisi Nəzrin Cəfərzadə ölkəmizdə keçiriləcək III MDB Oyunlarına hazırlıqlarla bağlı danışarkən deyib.

 

Onun sözlərinə görə, hazırlıq prosesi planlı şəkildə davam edir və artıq yekun mərhələyə yaxınlaşıb: “Qızlarımız hər gün intensiv məşqlər edirlər. Hazırda komanda həm fiziki, həm də psixoloji baxımdan yaxşı formadadır. Heyət ilin əvvəlindən bu günə qədər həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə idmançıların göstərdiyi nəticələr əsasında formalaşdırılıb”.

 

Məşqçi bildirib ki, komandanın əsas hədəfi xalçada gözəl çıxışlar nümayiş etdirməkdir: “Bizim üçün ən vacib məsələ qızlarımızın məşqlərdə qazandıqları bacarıqları yarışda da uğurla göstərmələridir. Təbii ki, hər bir idmançı nəticə üçün mübarizə aparır və biz də medal qazanmaq istəyirik. Amma əsas məqsəd gözəl çıxışlardır, nəticələr isə bunun ardınca gələcək”.

 

N.Cəfərzadə həmçinin III MDB Oyunlarında rəqabətin kifayət qədər yüksək olacağını vurğulayıb: “Komandalar ciddi hazırlıqla gəlirlər və hər biri medal uğrunda mübarizə aparacaq. Bu, həm bizim üçün çətinlik, həm də böyük stimuldur”.

 

Qeyd edək ki, 28 sentyabr – 8 oktyabr tarixlərində keçiriləcək III MDB Oyunlarında gimnastika yarışları Şəkidə təşkil olunacaq.

11 sentyabr 2025

Azərbaycanın iki boksçusu dünya çempionatının yarımfinalında döyüşəcək

11 sentyabr 2025

BOK Milli Olimpiya Komitəsinin əməkdaşının fəaliyyətini yüksək qiymətləndirib

10 sentyabr 2025

Formula 1 Azərbaycan Qran-Prisi zamanı 12 mindən çox

10 sentyabr 2025

Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat

10 sentyabr 2025

Azərbaycanın çimərlik voleybolu üzrə millisi Avropa çempionatında əsas

10 sentyabr 2025

Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi beynəlxalq yarışa təyinat alıb

10 sentyabr 2025

Cənubi Afrika hökuməti Formula 1 Qran-Prisinin keçirilməsi üçün

10 sentyabr 2025

Alfonso Dominqes dünya çempionatında yarımfinala vəsiqə qazanıb

09 sentyabr 2025

Dünya çempionatına son hazırlıq: Azərbaycan güləşçilərinin açıq məşqi

09 sentyabr 2025

Azərbaycan məşqçiləri Avropa Gimnastikasının ənənəvi tədbirində iştirak ediblər

09 sentyabr 2025

Monzada “McLaren” mexanikləri mövsümün ən sürətli pit-stopunu həyata

09 sentyabr 2025

Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

09 sentyabr 2025

Airbadminton üzrə Azərbaycan millisi dünya çempionatına vəsiqə qazanıb

09 sentyabr 2025

Olimpiya Oyunlarının mükafatçısı Azərbaycan Üzgüçülük Federasiyası ilə əməkdaşlığa

09 sentyabr 2025

Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatına yollanıblar