Azərbaycan Paris-2024-ə 19-cu lisenziyanı qazandı
09 may 2024 1115
Yunan-Roma güləşçimiz Murad Məmmədov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Pəhləvanımız bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat turnirində nail olub. 60 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz ilk görüşdə latviyalı Aleksandrs Yurkyansa, 1/8 finalda isə almaniyalı Kristofer Kramerə tam üstünlüklə (10:1) qalib gəlib. 1/4 finalda polşalı Mixal Trakza 5:1 hesabı ilə qalib gələn idmançımız yarımfinalda rumıniyalı Razvan Arnauta qalib gələrək Paris-2024-ə lisenziya əldə edib.
Bu, klassiklərimizin olimpiadaya üçüncü lisenziyasıdır.
Beləliklə, Azərbaycan idmançılarının Paris-2024-ə qazandığı rəsmi lisenziyaların sayı 19-a çatıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı