Xəbərlər

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları – Uğur Hekayələri” mövzusunda yazı müsabiqəsi elan edir

05 iyun 2020 1937

Müsabiqəyə idmançıların mübariz və cəsarətli addmları ilə müşayiət olunan həyat yolundan, Olimpiya Oyunlarına qatılan idmançıların uğur hekayələrindən bəhs edən araşdırma yazılar təqdim olunmalıdır. Qlobal pandemiya bütün dünyaya, o cümlədən idmana təsirsiz ötüşmədi. Ancaq, “Olimpiya alovu dünyanın indi olduğu qaranlıq tunelin sonunda işıq ola bilər.” – ifadəsi Olimpiya hərəkatından dünyaya müsbət və ümidverici bir mesaj oldu. Uğursuzluqlara, ətrafdakı insanların ümidzisliyinə baxmayaraq, idmandan uzaqlaşmayan, uğur və qələbə ilə adını Olimpiya tarixinə yazan idmançılardan bəhs edən yazılar müsabiqəyə təqim olunmalıdır. Milli Olimpiya Komitəsinin Mətbuat Xidməti müsabiqənin qaydaları və mükafat fondunu açıqlayıb.

1. Hər jurnalist müsabiqəyə bir yazı təqdim etmək hüququna malikdir;

2. Yazı MOK tərəfindən elan edilmiş istiqamətə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər;

3. Dərc olunmuş yazıda “Milli Olimpiya Komitəsinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazıların qəbulu 10 iyun 2020-ci il tarixdə başlayır, 10 iyul 2020-ci il tarixdə ( saat 18:00) başa çatır.

Yazıların qəbul qaydaları ( sadalananların hamsının olması vacibdir)

1. Yazının dərc olunduğu mətbuat (qəzetdə çalışanlar üçün) orqanı (qəzet, jurnal) – tarix göstərilməklə skan olunsun;

2. Yazının elektron variantı;

4. Yazılar [email protected]: [email protected]: (hər iki e-mailə) e-mailinə göndərilməlidir;

5. E-mailin çatdığına dair təsdiq e-maili almasanız 012-465-13-23 nömrəsinə zəng vurun.

Yazılar münsiflər heyətinə imzasız təqdim olunacaq. (qalib yazıların intellektual hüququ MOK-a məxsus olacaq və onunla rəsmi razılaşdırmadan 3-cü tərəfə təqdim etmək olmaz.)

Qiymətləndirmə meyarları:

– mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

– materialın oxucu üçün informasiyalılıq səviyyəsi;- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

– jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

– ictimai maraqların müdafiəsi.

Qaliblərin adları 2020-ci il iyulun 20-də açıqlanacaq. Bütün yazıların müəllifləri isə iyunun 10-dan iyulun 10-dək yazılarını çalışdıqları saytlarda və ya qəzetlərdə dərc etməlidirlər.

Yazılara dair tələblər:

– Times New Roman şriftində (12) yazılmalı, 7-8 min arası simvol/işarədən artıq olmamalıdır;

– orijinal olmalı, indiyə qədər mediada yayılmamalıdır;

– Azərbaycan dilində olmalıdır;

– jurnalist araşdırmalarına üstünlük veriləcək.

Yazıya əlavə olunmalı sənədlər:

Şəxsiyyət vəsiqəsinin surəti;

VÖEN-in sürəti

Müsabiqə üçün aşağıdakı mükafat fondu müəyyənləşdirilib:

1-ci yer – 500 manat

2-ci yer – 300 manat

3-cü yer – 200 manatt

Ünvan: Bakı şəhəri, Olimpiya küç. 9

Əlaqə telefonları: 012-465-13-23 Elektron ünvan: [email protected]: [email protected].