Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevin “Haqqın.az” informasiya agentliyinə müsahibəsi
05 avqust 2023 1197
Azər Əliyev: “Azərbaycan MDB-2025 Oyunlarını ən yüksək səviyyədə təşkil edir”
Azərbaycan hakimiyyəti 2025-ci ildə MDB ölkələrinin III Oyunlarını layiqincə təşkil etməyi və qonaqları təəccübləndirməyi gözləyir.Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev deyib.
"Ümid edirik ki, iki ildən sonra Azərbaycanda keçiriləcək MDB ölkələrinin III Oyunlarını da layiqincə təşkil edəcəyik. Ola bilsin ki, daha çox regionları daxil edək. Bütün qonaqlarımızı təəccübləndirəcəyimizə inanıram”.
“MDB oyunları artıq ikinci dəfədir keçirilir. Hesab edirəm ki, oyunlar daha da populyarlaşacaq. Burada əsasən gənc idmançılar çıxış edir və bu, onlara belə böyük tədbirlərdə özlərini sınamaq imkanı yaradır. Ümid edirik ki, komandamız yaxşı çıxış edəcək”, - A.Əliyev bildirib.
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı