Azərbaycan şahmat millisi Avropa çempionatına Naftalanda hazırlaşır
25 sentyabr 2025 - 10:28 725
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Naftalan şəhərində növbəti təlim-məşq toplanışına başlayıb.
Əsas məqsəd komandalar arasında Avropa çempionatına hazırlıqdır.
Bir həftə ərzində Azərbaycan komandası Dünya Kubokunun yarımfinalçısı Nicat Abasov və üçqat Avropa çempionu Qədir Hüseynovun rəhbərliyi altında məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq təsdiqlənib.
Komandalar arasında Avropa çempionatı 4-15 oktyabr tarixlərində Gürcüstanın Batumi şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı