Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb
07 oktyabr 2024 924
Azərbaycan taekvondoçusu Hüseyn Xudiyev (73 kq) Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Milli üzvü yarımfinalda uduzaraq üçüncü olub.
O, Qırğızıstan, Serbiya, Kosovo və Fransadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda isə iranlı rəqibinə məğlub olub.
Qeyd edək ki, daha əvvəl Vasif Səlimov (63 kq) mundialın bürünc medalına sahib çıxıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı