Azərbaycan tennisçiləri Albaniyadakı turnirə qələbə ilə başlayıblar
13 iyun 2025 638
Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup” tennis turnirinə start verilib.
Azərbaycan Tennis Federasiyasından bildirilib ki, ölkəmizi bu yarışda Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edirlər.
Yığma ilk yarış günündə andorralı idmançılara qalib gəlib. Tamerlan Əzizov Erik Servos Noqeri 6-1, 6-3 hesabı ilə məğlub edib. Kənan Qasımov Damyen Jelaber ilə qarşılaşmada sevinən tərəf olub - 6-1, 6-0.
Milli üzvləri qoşa mübarizədən də qalib ayrılıblar. Tamerlan Əzizov - Kənan Qasımov cütü Servos Noqer - Damyen Jelaber duetini üstələyib: 6-2, 6-4.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı