Azərbaycan Texniki Universitetində gənclər və idman naziri Fərid Qayıbovla görüş keçirilib
30 noyabr 2021 1820
Noyabrın 30-da Azərbaycan Texniki Universitetində “İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində gənclər və idman naziri Fərid Qayıbovla görüş keçirilib.
Görüşdən öncə Fərid Qayıbov universitetin idman klubunda yaradılan şəraitlə tanış olub.
Tələbələrin şahmat oyununu, voleybol yarışını, müxtəlif idman növləri üzrə məşqlərini izləyib, idmançı tələbələrlə söhbət edib və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Rektor Vilayət Vəliyev universitetin idman infrastrukturu və uğurları barədə ətraflı məlumat verib. Bildirib ki, bu təhsil ocağının tələbələri arasında müxtəlif idman növləri üzrə Avropa və dünya çempionları var.
“İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə rektor Vilayət Vəliyev Fərid Qayıbovu gənclər və idman naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və tələbələrlə görüşə vaxt ayırdığı üçün təşəkkürünü bildirib.
AzTU-da olmaqdan məmnunluğunu bildirən nazir universitetin tədris binalarında, eləcə də İdman klubunda yaradılan şəraiti yüksək qiymətləndirib. Fərid Qayıbov Azərbaycanda gənclər siyasəti və nazirliyin bununla bağlı qarşıya qoyduğu hədəflərdən danışıb, tələbələri maraqlandıran sualları cavablandırıb, onların təkliflərini dinləyib.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı

.jpeg)


.jpeg)


.jpeg)



.jpeg)

.jpeg)


.jpeg)

.jpeg)