Azərbaycan Tokio-2020-yə daha bir lisenziya qazandı
18 mart 2020 1031
Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.
Boks Federasiyasından verilən məlumata görə, yığmamızın heyətində Tayfur Əliyev bu hüquqa yiyələnib.
Avropa Oyunlarının mükafatçısı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub.
57 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı boksçu 1/8 finalda Edqaras Skurdelisdən (Litva) üstün olub.
Yarış gecə seansından sonra dayandırıldığından 1/4 final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq.


Bənzər xəbərlər
Dünya çempionatına bir gümüş və bir bürünc medalla start
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.
İkinci ... Ətraflı
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
Bu gün Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının ... Ətraflı

