Xəbərlər

Azərbaycan Tokio Olimpiadasının paradından keçdi

23 iyul 2021 701

Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə start verilib.

 

Bakı vaxtı ilə saat 15:00-da start götürən mərasimdə bayrağımızı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb. Paradda yığmamızın şef-de-missionu olan Fərid Mansurovla birlikdə 27 nəfərlik nümayəndə heyəti yer alıb. Komandamız açılış mərasimindən Yunanıstan, Qaçqın Olimpiya Komandası, İslandiya və İrlandiyadan sonra 5-ci keçib.

 

Koronavirus pandemiyası səbəbindən bir il sonra baş tutan Tokio-2020-nin açılış mərasimi azarkeşsiz keçirilib. Yaponiya Milli Stadionunda təşkil edilən tədbirə idmançılardan başqa ümumilikdə 950 rəsmi şəxs buraxılıb. 

 

Qeyd edək ki, Olimpiada avqustun 8-dək davam edəcək. Multi idman yarışına 40 lisenziya əldə edən Azərbaycan millisi turnirə 44 idmançı ilə qatılıb.