Azerbaycan triatleti Afrika Kubokunin qalibi oldu
24 oktyabr 2022 1364
Azərbaycan triatleti Afrika Kubokunda qızıl medal qazanıb
23 oktyabr tarixində Mərakeşin Tanjir şəhərində triatlon üzrə Afrikanın Kuboku baş tutdu. Sprint distansiyasında 43 idmançının apardığı mübarizədə Azərbaycan təmsilçisi yığmamızın lideri Rostislav Pevtsov birinciliyi əldə etdi. O, 750 m-lik üzgüçülük, 20 km-lik velosiped sürmə, 5 km-lik qaçış məsafəsini 53 dəqiqə 3 saniyəyə qət etdi. İdmançımızla gərgin rəqabət aparan Almaniya təmsilçisi Yanik Şafler çempionumuzun əzmkarlığı qarşısında tab gətirə bilməyib və ikinci yerlə kifayətlənib. Pyedestalın üçüncü pilləsində isə ispaniyalı Anxel Sançez Kareas qərarlaşdı.
Bütün rəqiblərini üstələyən Pevtsov Azərbaycanın adını bir daha ucaldıb və ölkəmizdə triatlon idman növünün sürətlə inkişaf etdiyini nümayiş etdirib.
İdmançımıza gələcək yarışlarında da uğurlu nəticələr arzulayırıq və “Ardı gəlsin!” deyirik.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
