Azərbaycan ümumi sıralamada Avropanın ən güclüsü oldu
20 mart 2023 1293
Azərbaycan güləşi 2023-cü ilə inamla start verib.
Ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı güləşçilərimiz üçün uğurlu alınıb.
Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində 4 medal qazanıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub. Yığmamız medalların əyarına görə Avropanın ən güclü komandası olub.
Daha sonra estafeti qəbul edən qadın güləşçilərimizdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) isə bürünc medal əldə edib.
Çempionatın son günlərində sərbəst güləşçilər mübarizəyə qoşulub. Maqomed-Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb. Toplamda 140 toplayan yığmamız həm medalların əyarına, həm də xallara görə komanda hesabında 1-ci yeri tutub. Beləliklə, bu millimiz ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.
Nəhayət, ümumi sıralamaya nəzər salaq. Azərbaycan 6 qızıl, 3 gümüş və 3 bürünc medalla Avropada 1-ci yeri tutub. Ukrayna (5-5-5) ikinci, Fransa (3-2-2) isə üçüncü pillədə qərarlaşıb. Xatırladaq ki, ötən il də Azərbaycan ümumi sıralamda U-23 Avropa çempionatının qalibi olmuşdu.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı