Xəbərlər

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə iştirak edib

21 noyabr 2022 89

Azərbaycanın Üzgüçülük üzrə Milli Komandasının üzvləri Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah Macarıstanın Kapoşvar şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər. Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanova istinədən məlumat verir. Bildirildiyinə görə noyabrın 17- 19 tarixlərində təşkil olunan üzgüçülük üzrə Macarıctan Açıq Çempionatında bu ölkənin ən titullu idmançıları mübarizə aparıblar: 
“Macarıstanda təşkil olunan bu turnirin qalibləri Avstraliyanın Melburn şəhərində keçiriləcək Dünya çempionatına qatılacaqlar. Bizim idmançılar üçün isə bu bir vacib yoxlama yarışı idi. Bu turnirdə dəfələrlə dünya, avropa çempionatlarının qalibləri mübarizə aparırdılar. Bizim üzgüçülər bu yarışlarda öz nəticələrini yaxşılaşdıraraq öz rekordlarını yenilədilər. Ramil Vəlizadə 100-200 metr batterflay və 200-400 sərbəst üsulda finallarda mübarizə aparmışdı, Məryəm Şeyxəlizadəxangah isə 50-100 sərbəst, 50-100 batterflay üsulunda B-A finallarında öz güclərini sınayıblar” deyə baş məşqçi əlavə edib.
R. Əbdürrəhmanov bildirib ki, Ramil Vəlizadə finalda 4-cü yeri tutaraq yaxşı nəticə göstərmişdir:
“Ramillə bir yerdə mübarizəyə qatılan finalistlər dünya və avropa birinciləri idi. Onların əksəriyyəriyyəti böyüklər arasında çempionlardı. Vəlizadə isə hələ gəncdir və onun belə bir turnirdə 4-cü yeri tutması hesab edirəm ki, yüksək nəticə hesaqb etmək olar” deyə Əbdürrəhmanov əlavə edib.
Məlumat üçün bildirək ki, Azərbaycan üzgüçüləri bu turnirə milli komandanın məşqçisi Daniel Dudaşın rəhbərliyi altında qatılıblar.