Azərbaycan və Gürcüstanın OCEP məktəbliləri Tbilisidə görüşdü
16 yanvar 2023 1329
Milli Olimpiya Komitəsinin OCEP layihəsi çərçivəsində Gürcüstanın AİA-GESS gimnaziyası ilə qardaşlaşmış Azərbacanın Namiq Həmzəyev adına 238 nömrəli məktəbinin Tbilisiyə səfəri baş tutdu. Namiq Həmzəyev adına 238 nömrəli məktəbin 8 və 9-cu sinif şagirdləri İngilis dili dərsləri, yaradıcılıq fəaliyyətləri və hər iki xalqın mədəniyyət günlərini özündə əks etdirən zəngin proqramın iştirakçısı oldular. Məktəblilərin Gürcüsnat Olimpiya Komitəsinə səfər etmələri isə yeniyetmələrə unudulmaz anlar yaşatdı. Gürcüstanın Milli Olimpiya Komitəsində reallaşan görüşdə hər iki məktəbin şagirdlərini Gürcüstan Milli Olimpiya Komitəsinin Prezidenti cənab Leri Xabelov qəbul edib. Ölkələr arasındakı münasibətlər, Olimpiya hərəkatı və Olimpiya prinsipləri haqqında danışılan görüşdə Gürcüstan Milli Olimpiya Komitəsinin Baş katibi Emzar Zenaişvili və Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Rusiko Aptsiauri də iştirak ediblər. Görüşdən sonra OCEP məktəbliləri Gürcüstan Milli Olimpiya Komitəsinin muzeyi ilə tanış olublar. Səfər müddətində məktəblilər şəhər turuna qatılıb, Qədim Tbilisi, Botanika bağı, Sülh körpüsündə olublar. Məktəblilərin Mtskxeta şəhərinə səfəri də maraqlı keçib. Məktəblər bir birinə xatirə hədiyələri təqdim ediblər.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)
