Azərbaycan və Səudiyyə Ərəbistanı arasında gənclər sahəsi ilə bağlı İcra Proqramı imzalanıb
07 noyabr 2025 - 13:05 529
Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İdman Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq üzrə 2026–2027-ci illər üçün İcra Proqramı imzalanıb.
Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Nazir Fərid Qayıbov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu ölkənin idman naziri şahzadə Əbdüləziz bin Turki Əl Feysəl Əl Səudlə görüşüb.
Görüşdə iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüş zamanı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İdman Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq üzrə 2026–2027-ci illər üçün İcra Proqramı imzalanıb.
Sənəd iki ölkə arasında gənclər siyasəti, mübadilə proqramları, könüllülük fəaliyyəti və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı