Azərbaycan velosipedçisi Türkiyədə keçirilən yarışda birinci olub
01 sentyabr 2025 - 19:13 650
Türkiyənin paytaxtı Ankarada keçirilən "GranFondo" Başkənt velosiped yarışında Gənc Peşəkar Velosipedçilər İctimai birliyinin üzvü Natalya Vallek qalib olub.
Bu nəticə ilə o, Azərbaycan velosiped tarixinə ilk dəfə beynəlxalq "GranFondo" yarışında birinci yeri tutan idmançı kimi düşüb.
Təmsilçimiz 91 km məsafəni əhatə edən yarışda 1300 metr yüksəklik qazanmaqla dağlıq yollardan keçərək finişə hamıdan əvvəl çatıb. O, həmçinin öz yaş kateqoriyasında da 1-ci olub.
Digər idmançılarımızdan Qolamreza Jamfarsadi (+55 yaş kateqroiyası) 6-cı, Vüqar Salahov (40-44 yaş kateqoriyası) isə 12-ci yeri tutub.
Qeyd edək ki, 1000-ə yaxın velosipedçinin iştirak etdiyi yarışda Azərbaycan məşqçi Musa Mikayılzadənin rəhbərliyi ilə 3 idmançı ilə təmsil olunub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı