Azərbaycanı kata üzrə Avropa çempionatında 4 cüdoçu təmsil edəcək
29 may 2025 613
Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, turnirdə ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Yığma üzvləri “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndlər nümayiş etdirəcəklər.
“Nage-no-kata” üzrə İsmayıl Rzayev (tori - hücum edən idmançı) və Samir İsmayılov (uke - hücum edilən idmançı) qüvvələrini sınayacaqlar.
“Katame-no-kata”da isə Rafiq Nəcəfov (tori) və Seymur Məcidli (uke) medallar uğrunda yarışacaqlar.
Qeyd edək ki, mayın 31-dən iyunun 1-dək təşkil olunacaq çempionatda 22 ölkədən 332 cüdoçu çıxış edəcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı