Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək
24 iyun 2024 1345
Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” 8-ci Beynəlxalq İdman Oyunlarında iştirak edəcək Azərbaycanın bədii gimnastları bəlli olub.
Turnirdə ölkəmizi Şəms Ağahüseynova və Sofiya Məmmədova təmsil edəcəklər.
Səbinə Hacıyeva isə yarışda hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Asiya uşaqları” turniri iyunun 26-dan iyulun 6-dək davam edəcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı