Azərbaycanı Türkdilli Dövlətlərin Universiadasında 12 güləşçi təmsil edəcək
03 sentyabr 2025 - 17:30 672
Sentyabrın 4-də Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Universiadasına start veriləcək. Üçüncü dəfə keçiriləcək oyunlar 6 (güləş, cüdo, şahmat, stolüstü tennis, voleybol, futzal) idman növünü əhatə edir.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, yarışda güləşin sərbəst və yunan-Roma növləri üzrə olimpiya çəkilərində mübarizə baş tutacaq. Reqlamentə əsasən, 17-25 yaşarası tələbə idmançıların çıxış edəcəyi Universiadada güləş yarışları sentyabrın 6-7-də “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçiriləcək.
Sərbəst güləşdə böyük məşqçi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kiloqram), Musa Ağayev (65 kiloqram), Ramik Heybətov (74 kiloqram), Əşrəf Aşırov (86 kiloqram), İslam İlyasov (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) uğur qazanmağa çalışacaq.
Yunan-Roma güləşində isə ölkəmizi məşqçilər Akif Əliyevlə Zöhrab Abbasovun rəhbərliyi altında Vədat Qasımlı (60 kiloqram), Roman Kərimov (67 kiloqram), Cavad Məmmədov (77 kiloqram), Orxan Hacıyev (87 kiloqram), Əli Quliyev (97 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) təmsil edəcək.
Sentyabrın 6-da sərbəst güləşdə 57, 74 və 97, yunan-Roma güləşində isə 60, 77 və 97 kiloqramda qaliblər müəyyənləşəcək. Növbəti gün digər çəkilərdə medalçıların adına aydınlıq gələcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı