Azərbaycanın 11 taekvondoçusu beynəlxalq turnirdə iştirak edəcək
01 fevral 2024 1033
Taekvondo üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, G2 kateqoriyalı yarışda ölkəmizi 11 idmançı təmsil edəcək.
Kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevlə böyük məşqçi Elnur Amanov turnirdə Səyyad Dadaşov (58 kiloqram), Cavad Ağayev (74 kiloqram), Eltac Qafarov (80 kiloqram), Milad Beigi Harçəqani və Həmidrza Badrialiabadiyə (hər ikisi +87 kiloqram) şans verəcək.
Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park isə Zemfira Həsənzadə, Minayə Əkbərova, Məryəm Məmmədova, Səmərrux Osmanova (hamısı 49 kiloqram), Səidə Əliyeva (57 kiloqram) və Fatimə Məcidovanı (67 kiloqram) yoxlayacaq.
Fevralın 2-də səfərə yollanacaq komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı