Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19 fevral 2025 897
Azərbaycanın 3 boksçusu Rumıniyada keçirilən “Drakula Open”də yarımfinal mərhələsinə yüksəlib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Breila şəhərində gənclər arasında təşkil olunan yarışda milli üzvləri 1/4 final görüşlərindən qələbə ilə ayrılıblar.
Yığmanın heyətində Baqir Əmirxanlı (60 kiloqram) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kiloqram) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kiloqram) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə gəlməyib və təmsilçimiz mərhələ adlayıb.
Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı