Azərbaycanın ağırlıqqaldıranı Avropa birinciliyində iki medal qazanıb
28 iyul 2025 - 23:38 277
İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.
Bu gün atletlərimizdən Lətif Əliyev U-15 kateqoriyasında mübarizəyə qoşulub. 71 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 108 kiloqram nəticə göstərərək qızıl medala sahib olub. Lətif təkanla qaldırma hərəkətində 129 kiloqram çəkini başı üzərinə qaldırıb. Beləliklə, iki hərəkətin cəmində 237 kiloqram nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalını qazanıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı