Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024”də bu gün final çıxışlarını nümayiş etdirib
10 avqust 2024 1125
Dünən adını dünyanın ən güclü 8 komandası arasına yazdıran millimiz bu gün final mərhələsini 5-ci sırada başa vurub.
Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Yelizaveta Luzanın təmsil etdiyi qrup hərəkətləri komandamız 5 halqa proqramında 34.850, 3 lent və 2 top proqramında 31.600, ümumilikdə isə 66.450 xal toplayaraq bu nəticəyə nail olublar.
Onlar finalda mübarizə aparan Ukrayna, Özbəkistan və ev sahibi olan Fransa komandasının təmsilçilərini qabaqlayaraq sıralamada önə keçiblər.
Qeyd edək ki, bu, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın Olimpiadada nümayiş etdirdiyi ən yaxşı performans olub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı




