Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 10 medal qazanıblar
12 fevral 2024 690
Azərbaycanın bədii gimnastları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Queen Cup” beynəlxalq turnirində 10 medal qazanıblar.
“Ocaq Sport” klubunun təmsilçilərindən yeddisi qızıl, biri gümüş, ikisi isə bürünc mükafata sahib çıxıblar.
Neslihan Əkbərli alətsiz, Alsu Abdullayeva alətsiz və gürzlərlə, Nilüfər Qasımova alətsiz və lentlə, Nuray Məmmədova topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İnara Abıyeva gürzlərlə hərəkətlərdə qızıl, alətsiz çıxışda bürünc, Aylin Yusifli isə gürzlərlə hərəkətlərdə gümüş, topla hərəkətlərin icrasında bürünc medallara layiq görülüblər.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı