Xəbərlər

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri “Challenge Cup” kubokuna təyinat alıblar

01 may 2018 430

Ölkə tarixində ilk dəfə olaraq, Azərbaycan Həndbol Federasiyasının Beynəlxalq dərəcəli hakimləri Vagif Əliyev və Ələkbər Agakişiyev Avropa Həndbol Federasiyasının qadınlar arasında Challenge Cup kubokunun 13.05.2018 tarixində keçiriləcək MKS Perla Lublin (Polşa) və Rocasa Gran Canaria (İspaniya)komandalarının final oyununa təyinat alıblar.

Challenge Cup kuboku Avropa Həndbol Federasiyasının təsis etdiyi 3 kubok yarışlarından biridir. Yarışa 64 komanda qatılır. 50 ölkə, 300-ə yaxın hakimlər cütlüyünü təmsil edən Avropa Həndbol Federasiyasının belə bir oyunu Azərbaycan hakimlərinə həvalə etməsi çox fərəhli haldır. Reglamentə görə oyunu vaxtı hakimlərin də təmsil etdiyi ölkənin bayrağı ucaldılır. 20000 tamaşaçısı olan idman sarayında final oyununu hakimlik etmək üçün böyük təcrübə və yüksək ustalıq lazımdır. Bütün bu keyfiyyətlər bizim hakimlərimizdə var.

Qeyd edək ki, V.Əliyev və Ə.Ağakişiyev uzun müddət ölkə klubları və Milli komandada hənbolçu kimi fəaliyyət göstəriblər. Hal-hazırda V. Əliyev Milli Olimpiya Komitəsinin əməkdaşı, Ə. Ağakişiyev AZHF-nin hakimlər kollegiyasının sədridir. Onlar 2002-ci ildən Avropa Həndbol Federasiyasının hakimləridirlər. Bu günə qədər 6 dəfə gənclər arasında Avropa Çempionatının final mərhələlərində, 7 dəfə AHF-nın Çempionlar Liqasının qrup və yarımfinal, tələbələr arasında Dünya Çempionatının final, AHF və Challenge Cup kuboklarının seçmə və yarımfinal, Avropa və Dünya Çempionatlarının çoxlu sayda seçmə, beynəlxalq yoldaşlıq görüşləri, Gürcüstan, Rusiya və Azərbaycan Çempionatının oyunlarını idarə etmişlər.

Ümid edirik ki, hakimlərimiz bu matçı yüksək üstalıq, ədalətli və qürur hissi ilə idarə edəcəklər. Onlara uğurlar arzulayaq.

Məlumat üçün qeyd edək ki, final oyununa Avropa Həndbol Federasiyasının nümayəndələri Ole R. Jorstad (Norveç) və Olimpiya Çempionau Lyudmila Bobniyeva (Rusiya) təyin olunublar.

Yarışa 13.05.2018-ci il Polşa vaxti ilə saat 19.30 Eurohandball, Live Tickerdə canlı baxa bilərsiniz.

http://www.eurohandball.com/ec/chc/women/2017-18/match/7/002