Azərbaycanın bir qrup idmançısının Paris Olimpiadasına yolasalma mərasimi baş tutub
23 iyul 2024 1428
"Paris-2024" Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının bir sıra üzvləri üçün yolasalma mərasimi keçirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, media mənsubları, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.
Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı