Azərbaycanın boks millisi Göygöldə təlim-məşq toplanışına başlayıb
15 mart 2025 850
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib.
Boks Federasiyasından bildirilib ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığı Göygöldə davam etdirir.
Məşqçilər heyəti toplanışa 31 boksçu cəlb edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət texniki-taktiki hazırlığa yönələcək.
Qeyd edək ki, təlim-məşq toplanışı martın 25-də yekunlaşacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı