Azərbaycanın daha bir cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb
28 yanvar 2024 1233
Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-Pri turnirində medal qazanıb.
90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev bürünc medal uğrunda görüşdə israilli Quy Qurevitçə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Eyni çəkidəki Vüqar Talıbov və Uşangi Kokauri (+100 kiloqram) isə yarışı medalsız başa vurublar.
Qeyd edək ki, Qran-Pri turnirində digər idmançılarımız - Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram), Kamran Süleymanov (66 kiloqram), Səid Mollayi (81 kiloqram) bürünc medalın sahibi olublar.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı