Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb
25 oktyabr 2026 - 20:14 12
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medala layiq görülüb.
77 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə Moldova idmançısı Aleksandrin Qutuya 8:3 hesabı ilə qalib gələrək dünya çempionu olub.
Qeyd edək ki, bu gün Azərbaycan millisinin digər üzvü Eldəniz Əzizli 55 kiloqram çəki dərəcəsində İran güləşçisi Pəyam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşinci dəfə dünya çempionu olub.
Beləliklə, Azərbaycan güləşçiləri Astanada keçirilən dünya çempionatının ikinci günündə 2 qızıl medal qazanıblar.
Bənzər xəbərlər
Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya ... Ətraflı
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış ... Ətraflı