Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb
27 yanvar 2024 1321
Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb.
Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, idmançımız bu uğuru Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup” yarışında əldə edib.
Belə ki, S.Əliyeva 128,27 xal toplayaraq digər rəqiblərini geridə qoyub və ikinci yerə sahib olub. O, bununla yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak hüququ qazanıb.
Qeyd edək ki, dünya çempionatı fevralın 26-dan martın 3-dək keçiriləcək.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı