Azərbaycanın gənc badmintonçuları beynəlxalq turniri 6 medalla başa vurublar
27 fevral 2025 788
Azərbaycanın gənc badmintonçuları Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Junior Future" seriyalı beynəlxalq turnirdə 2 gümüş, 4 bürünc medal qazanıblar.
Badminton Federasiyasından verilən məlumata görə, 19 yaşadək badmintonçular arasında təşkil olunan yarışda Ülvi Hüseynov oğlanların şəxsi mübarizəsində 3-cü yeri tutub.
Qızların şəxsi kateqoriyasında finala kimi irəliləyən Həcər Nuriyeva turnirin gümüş medalına layiq görülüb.
Daha 4 medal qoşa kateqoriyalarda qazanılıb. Qarışıq qoşa kateqoriyasında Əmirxan İmanov - Həcər Nuriyeva və Ülvi Hüseynov - Leyla Camalzadə tandemi "Uganda Junior International 2025" turnirində fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Oğlanların qoşa kateqoriyasında Ülvi Hüseynov və Əmirxan İmanov yarımfinala yüksələrək bürünc medalı təmin edib. Qızların qoşa yarışında isə Leyla Camalzadə - Həcər Nuriyeva qoşası gümüş mükafata sahib çıxıb.
Daha bir badmintonçumuz Diki Pangestu isə "Uganda International Challenge 2025" turnirində şəxsi kateqoriyada gümüş medal qazanıb. Mübarizəyə 1/16 finaldan başlayan idmançı finala kimi irəliləməyi bacarıb.
Qeyd edək ki, Azərbaycan badmintonçularının da qatıldığı Uqandada keçirilən beynəlxalq turnirlərdə ev sahibi ilə yanaşı, Türkiyə, İtaliya, Hindistan, İsveçrə, Bolqarıstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, BƏƏ, Malayziya, İndoneziya, Misir və Mərakeşi təmsil edən badmintonçular iştirak ediblər.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı