Azərbaycanın gənc cüdoçuları İtaliyada Avropa Kubokunda iştirak edəcəklər
10 aprel 2025 645
Azərbaycanın gənc cüdoçuları İtaliyanın Linyano şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.
Cüdo Federasiyasından bildirilib ki, ölkəmiz yarışda 5 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.
Yığmanın heyətində Fəridə Mirzəyeva (48 kiloqram), Xədicə Qədəşova (52 kiloqram), Gülnarə Bayramova, Vüsalə Hacıyeva (hər ikisi 57 kiloqram), Nilgün Rzayeva, Leyla Atayeva (hər ikisi 63 kiloqram), Pərvanə Abdullayeva (70 kiloqram) yer alıb. Cüdoçulara qadınlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
29 ölkədən 534 idmançının mübarizə aparacağı Avropa Kuboku aprelin 12-13-də təşkil olunacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı