Azərbaycanın güləş milliləri İslamiadanın son hazırlıq məhələsindədir
11 noyabr 2025 - 14:04 634
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək güləşçilər intensiv məşqləri davam etdirir.
Qadınlardan ibarət milli U-23 dünya çempionatı başa çatdıqdan sonra ilin son yarışına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır.
Digər yığmalarımız isə Azərbaycan Güləş Federasiyasının təlim-məşq toplanışında son hazırlıqları keçir.
Təlim-məşq toplanışında ölkə xaricindən gəlmiş komandalar da iştirak edir. Yunan-Roma güləşçilərimiz Bolqarıstan və Əlcəzairdən olan həmkarlarıyla birgə məşq edir. Bolqarıstan millisinin heyətində son olimpiya çempionu Semyon Novikov (87 kq) da yer alıb.
Sərbəst güləşdə isə daha çox komanda - Azərbaycan, Bəheyn, Qazaxıstan və Əlcəzair İslamiadaya birgə hazırlaşır. Onlar arasında Bəhreyni təmsil edən olimpiya, dünya və 2 qat Asiya çempionu Axmed Tajudinov da var.
Qeyd edək ki, hazırlıq prosesinə noyabrın 14-də yekun vurulacaq. Növbəti gün millilər Ər-Riyada yollanacaq. İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. İslamiadada I dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı