Azərbaycanın güləş millisi U17 Avropa çempionatının ikincisi olub
18 may 2026 - 09:48 313
Bolqarıstanın Samokov şəhərində keçirilən U17 Avropa çempionatına yekun vurulub.
Sərbəst güləş üzrə millimiz uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 156 xal toplayan yığmamız çempion olan Rusiyadan cəmi 7 xal geri qalmaqla komanda hesabında Avropa ikincisi olub. Gürcüstan 124 xalla ilk "3-lüy"ü qapayıb.
Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı