Azərbaycanın həndbol millisinin rəqibləri müəyyənləşib
06 mart 2025 687
Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin beynəlxalq turnirdəki rəqibləri bəlli olub.
Yığmanın inkişaf etməkdə olan ölkələrin çempionatında üz-üzə gələcəyi komandalar müəyyənləşib.
Martın 11-dən 16-dək Bolqarıstanın Varna şəhərində təşkil olunacaq yarışa 4 qitəni təmsil edən 8 ölkənin kollektivi qatılacaq.
Bu komandalar ilkin mərhələdə iki qrupda mübarizə aparacaqlar. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan seçməsi ABŞ, Nigeriya və Moldova milliləri ilə birgə B qrupunda yer alıb.
A qrupunda isə ev sahibi Bolqarıstan, Böyük Britaniya, Kipr və Paraqvay komandaları yarışacaqlar.
Qeyd edək ki, 2023-cü ildə keçirilən son analoji çempionatın qalibi Kuba kollektivi olub.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı