Azərbaycanın idman tarixində rekord göstərici: il ərzində 1472 medal
29 dekabr 2023 281
Azərbaycan idmançılarının 2023-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, ümumilikdə il ərzində 1472 medal əldə olunub. Bu Azərbaycanın idman tarixində rekord göstəricidir.
Medallardan 799-u (214 qızıl, 208 gümüş, 377 bürünc) Olimpiya, 587-si (223 qızıl, 159 gümüş, 205 bürünc) qeyri-Olimpiya, 86-sı (27 qızıl, 31 gümüş, 28 bürünc) paralimpiya proqramının payına düşür.
Sərbəst güləşdə Əliabbas Rzazadə, Hacı Əliyev, qadın güləşində Mariya Stadnik, yunan-Roma güləşində Həsrət Cəfərov, Ülvü Qənizadə, bədii gimnastikada qrup hərəkətləri komandamız, cüdoda Hidayət Heydərov, Zelim Kotsoyev Avropa çempionu adını qazanıblar.
Ümumilikdə isə Olimpiya idman növlərində böyüklər arasında Azərbaycan idmançıları atıcılıq, bədii gimnastika, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi və cüdo idman növlərində 8 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıblar.
Dünya çempionatında da uğurla çıxış edən Azərbaycan idmançıları Olimpiya idman növlərində 2 qızıl, 6 gümüş və 5 bürünc medal əldə ediblər. Güləşçilər Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu adını qazanıblar. Alfonso Dominges (boks), Murad Məmmədov (yunan-Roma güləşi), Həsrət Cəfərov (yunan-Roma güləşi), Sənan Süleymanov (yunan-Roma güləşi), Osman Nurməhəmmədov (sərbəst güləş), Maqomedxan Maqomedov (sərbəst güləş) gümüş medal, Dadaş Dadaşbəyli (ağırlıqqaldırma), Aynur Rzayeva (boks), Məhəmməd Abdullayev (boks), Zelim Kotsoyev (cüdo) bürünc medala sahib olublar.
ll MDB Oyunları çərçivəsində MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasının Minskdə keçirilən iclasında Azərbaycanın Gəncə şəhəri 2025-ci il üçün “MDB-nin İdman Paytaxtı” seçilib.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı