Azərbaycanın ilk təmsilçisi bu gün Paris-2024-də mübarizəyə başlayır
25 iyul 2024 1421
Bu gün Azərbaycan komandasının ilk üzvü Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Olimpiadanın ikinci günündə kamandan oxatma üzrə yığmamızın üzvü Yaylagül Ramazanova hədəfi nişan alacaq. O, 64 idmançının iştirak etdiyi sıralama turuna 30-cu cütdə başlayacaq. Y.Ramazanova Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel çıxış edəcək. Bu raund Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı