Azərbaycanın kişi boksçuları Astanada təlim-məşq toplanışı keçəcəklər
21 iyun 2025 - 18:25 814
Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada təlim-məşq toplanışı keçəcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, hazırlıqda Sübhan Mamedov (50 kiloqram), Amin Məmmədzadə (55 kiloqram), Zəlimxan Süleymanov, Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər üçü 60 kiloqram), Zaur Qəhrəmanov, Malik Həsənov (hər ikisi 65 kiloqram), Nəbi İsgəndərov (70 kiloqram), Rasim Çobanlı (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) iştirak edəcəklər.
Yığma iyunun 28-də yekunlaşacaq toplanışda ABŞ, Kanada, Belçika, Qazaxıstan, İsveçrə və Avstraliya komandaları ilə birgə məşq edəcək, sınaq döyüşləri keçirəcək.
Hazırlığın yekununda Zaur Qəhrəmanov, Məhəmmədəli Aşurəliyev və Zəlimxan Süleymanov Bakıya dönəcək, digər boksçular Qazaxıstanda keçiriləcək Dünya Kubokuna qatılacaqlar. Bu yarış iyunun 30-dan iyulun 7-dək davam edəcək. Dünya Kubokunda, həmçinin qadın boksçulardan Marjona Savriyeva (51 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram) və Aynur Mikayılova (57 kiloqram) mübarizə aparacaqlar.
Qeyd edək ki, bu gün Astanaya yollanacaq kişi boksçular iyulun 8-də Bakıya qayıdacaqlar. Qadınlardan ibarət seçmə isə Türkiyənin Kastamonu şəhərində hazırlıq keçir.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı