Azərbaycanın paralimpiya çempionu dünya reytinqində liderliyini qoruyur
25 oktyabr 2025 - 13:58 622
Dünya Parataekvondo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.
Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov 521.10 xalla 70 kiloqram çəki dərəcəsində liderliyini davam etdirir.
58 kiloqramda Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov 329.65 xalla 4-cü pillədə qərarlaşıb.
Amin Şıxalıyev (63 kiloqram) ötən reytinq cədvəli ilə müqayisədə 31.25 xalla 6 pillə irəliləyərək 22-ci sıraya yüksəlib, Orxan Cəfərov da (80 kiloqram) səkkiz pillə irəliləyərək 42.64 xalla 22-ci pillədə yer alıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı