Azərbaycanın qrup hərəkətləri komandası Avropa çempionatında üçüncü olub
21 may 2023 618

Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında çoxnövçülük yarışlarında bürünc medal qazanıb.
Komandamızın beş halqa ilə çıxışı 32,900, üç lent və iki topla proqramı isə 32,500 xalla qiymətləndirilib. İki proqramın cəmində 65,400 xal toplayan komandamız çempionatı üçüncü pillədə başa vurub.
Yarışın qalibi 68,050 xalla Bolqarıstan komandası olub. İsrail kollektivi 67,300 xalla gümüş medala sahib olub.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.
Yarışa mayın 21-də yekun vurulacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı