Azərbaycanın sərbəst güləşçiləri Gimnaziadada 9 medal qazanıblar
29 oktyabr 2024 811
Azərbaycanın sərbəst güləşçiləri Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında 9 medal qazanıblar.
İlk yarış günündə Azərbaycanın 11 idmançısı xalça üzərinə çıxıb. Hüseyn Hüseynov (55 kiloqram) və Həsən Həsənov (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl, yalnız finalda uduzan Fərhad Süleymanlı (92 kiloqram) gümüş, Fərid Ağasızadə, Hüseyn İsmayılov (hər ikisi 65 kiloqram), Rəşad Veysəlov, Nihad Abasov (hər ikisi 71 kiloqram), Nihad Süleymanlı (80 kiloqram) və Hakim Tağıyev (110 kiloqram) isə bürünc mükafata layiq görülüblər.
Oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı