Azərbaycanın stolüstü tennis millisi MDB Oyunlarını 9 medalla başa vurub
29 sentyabr 2025 - 12:57 602
Azərbaycanın stolüstü tennis millisi III MDB Oyunlarında növbəti medallarını qazanıb.
Adil Əhmədzadə və Mərziyyə Nurmətova fərdi yarışların finalında müvafiq olaraq, Yevgeni Vasikov və Zlata Terekova (hər ikisi Rusiya) ilə qarşılaşıblar.
Rəqiblərinə hər üç setdə uduzan idmançılarımız gümüş mükafata yiyələniblər.
Bununla da stolüstü tennis yarışları başa çatıb. Azərbaycan millisi Oyunları 6-sı gümüş, 3-ü bürünc olmaqla ümumillikdə 9 medalla bitiriblər.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı