Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
24 oktyabr 2024 1318
Latviyanın paytaxtı Riqa şəhərində stolüstü tennis üzrə “Riga City Council’s Youth Cup” beynəlxalq turnirinə start verilib.
Azərbaycan milli komandası yarışa geniş heyətlə qatılıb. Baş məşqçi Fərhad İsmayılov, məşqçilər Mehman Səmədov, Rza Mirzəyev, Billurə Eminova və Məryəm İmanovanın rəhbərliyi ilə Latviyaya 16 idmançı yollanıb.
Tahir Qubadov, Toğrul Məhəmmədov, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova U-19, Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova, Mələk Əhmədzadə, Xədicə Eylazova U-15, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı U-13, Mehri Aslanzadə ilə Əliəkbər Mirzəliyev isə U-11 yaş kateqoriyasında mübarizə aparacaq.
Beynəlxalq turnirə oktyabrın 27-də yekun vurulacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı